Gündəm / Siyasət

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Daha hansı başçılar üçün YOL GÖRÜNÜR... - İDDİA

Kanal14.az: - Bu gün Prezident İlham Əliyev iki rayonun icra başçısını vəzifəsindənn azd etdi. Məlum olduğu kimi Nərimanov RİH rəhbəri Abidin Fərzəliyev tutduğu vəzifəsindən alınaraq Abşeronun başçısı postuna gətirildi, Abşerona rəhbərlik edən İradə Gülməmmədovaya isə təkrar etimad göstərilmədi. Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə bildirir ki, əslində proses gözlənilən idi və davamlı olacaq: "Hətta sürpriz isimlərin belə gedəcəyi gözlənilir..."

Üç rayonun icra hakimiyyətinin başçısı ilə bağlı qərar hazırdır, deyən qaynaq iddia edir ki, gələn ayın ilk günlərindən etibarən RİH rəhbərləri əlaqədar ələmə dalğası davam edəcək və ilk hədəflər sırasında məhz bu üç icra başçısının adı var.

Mənbənin söylədikləri: "Söhbət Yardımlı, Astara və Qusar rayonlarının başçılarından gedir. Hər üçü yetərincə narazılıq yaradan, şikayətlərə səbəb olan icra başçısı kimi bu günə qədər hətta rəsmi dairələrin dili ilə də ifadə olunublar".

Mənbə bildirir ki, yeni ildən start götürəcək prosesdə köhnədən qalan heyətin əksəriyyətinə "əlvida" deyiləcək. İlkin dəyişikliklər baş veri. Amma proses davam edəcək".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.(Dia.az)