Gündəm

Sərgüzəşti-vəziri-xani-Bərdə: İsayevin ədası, xalatlı çayçının qulluğu, tələbələrin isə... - Video+Faktlar

Sərgüzəşti-vəziri-xani-Bərdə: İsayevin ədası, xalatlı çayçının qulluğu, tələbələrin isə... - Video+Faktlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası XXI əsrin 19-cu illiyinə 1 ay qalmış Bərdədə yaşanmaqdadır. 

Sərgüzəşti-vəziri-xani-Bərdə padşahı Vidadi İsayev özünə elə bir dəm-dəstgah qurub ki, Axundov bu dövrdə yaşasaydı, heyrətə gələrdi. 

Cahan.info xəbər verir ki, buna şahid olmaq üçün özünə bir əziyyət verib gərək V.İsayevin kollec tələbələri ilə olan görüşünün videosuna baxasan.



İşin ən böyük komediyası ordan başlanır ki, Bərdənin icra başçısı Ümumdünya Uşaqlar Günü ilə bağlı kollec tələbələrini qəbul edir. Barı RİH-dəki otağına məktəbliləri çağırardı.

Hələ onu demək lazımdır ki, V.İsayev uşaqlar gününü öz şəxsi kabinetində yox, bir məktəbə, bağçaya baş çəkməklə qeyd etməliydi. 

Ümummilli lider Heydər Əliyev körpələri başına toplayıb onlarla şənlik keçirərdi, uşaqları sevindirərdi, hətta onlarla oynayardı. 

Bərdənin vəzi-xani isə videodan görünür ki, 3 kollec tələbəsini qarşısında oturdub, kreslosundan ədabazlıqla oturub, ağxalatlı çayçı da onlara çay süzməkdədir. Elə bil "Kurtlar vadisi” serialında konseyin iclasıdır. 

Sosial şəbəkələrdə yayılan videoya bərdəlilər reaksiyalarını saxlaya bilməyiblər. Elgun adlı biri yazıb ki, V.İsayev noyabrın 20-də tələbələrlə görüşəndə heç olmasa həmin günün faciəsini də yada salardı. 

İcra başçısı gələcək nəsillərimizə 20 noyabr Qarakənd faciəsi haqda danışaraq, onları maarifləndirə bilərdi. Hardan xatırlasın?

Hələ onu da unudub ki, respublikanın bütün bölgələrində YAP-ın 26 illiyi ilə bağlı tədbir keçirilsə də, nədənsə Vidadi İsayevin yadına düşməyib.

Əgər keçirsəydi çoxdan Bərdə RİH-nin rəsmi saytında yayımlanardı. Çünki rəsmi saytda tədbirlə bağlı bir cümlə də olsun xəbər yayımlanmayıb.

O videoya isə baxanda görürsən ki, hörmətli Vidadi İsayev qarnını qabağa verib, müdrik şəkildə danışır, gənclərdən təkliflər, təşəbbüslər gözlədiyini söyləyir. 

Montaj edilmiş videonun sonunda xatirə şəkli çəkdirərkən onunla görüşən 3 yox, 4 tələbə olduğu görünür. Bəs, kadrlarda həmin tələbə niyə olmayıb? Belə çıxır ki, 4-cü tələbə video çəkirmiş...

Cahan.info xəbər verir ki, sosial şəbəkələrdə müzakirə edilən video ilə bağlı fikirlərini bildirən müstəqil jurnalist, məcburi köçkün, şəhid qardaşı olan Xəyyam Salmanzadə V.İsayevin uşaq günü kollec tələbələri ilə görüşməsi ilə bərabər rayon ziyalılarını, şəhid ailələrini də qəbul eləməsini zəruri sayır. 



Jurnalistin feysbukda sözlərinə görə, V.İsayevin qəbuluna düşə bilmir: "Mən canlı yayıma çıxaraq açıq sualları verirəm. 

Hörmətli Vidadi İsayev məni bir şəhid ailəsi kimi qəbul etsə, canlı yayımda verdiyim suallarımı orda cavablandırsa, bizim ona rayon rəhbəri kimi münasibətimiz dəyişər. O tələbələrlə görüşməkdənsə, məni kimi rayonun fəal, aktiv jurnalistini qəbul eləsin”.

Amma Bərdə "xanı” nəinki şəhid ailələrini qəbul eləmir, heç bir bayramlarda qapılarını da döymür. X.Salmanzadə həmin videonu feysbukda paylaşıb. 

Yazıb ki, ira başçısı özü təklif edir ki, suallarını və təkliflərinizi verin: 

"Mən də fürsətdən istifadə edib buradan ona bir neçə sual verirəm və inanıram ki, sözünə sadiq qalıb suallarıma cavab verəcək. Sahibkar Musa Xudiyevə məxsus olan mağazanı sökdürüb, həmin yerdə xanım məktəb direktoruna niyə sauna tikdirirsən?

Sahibkar Yusif Əliyevə məxsus olan mağazanı sökdürüb, adı narkotik satışında hallanmış Mirkamal Novruzova həmin yeri neçiyə satdın? Qaynın və sürücün olan Çingizin adına neçə obyekt və torpaq sahəsi keçirtmisən?

Şəhid anasından hüquq mühafizə orqanlarına şikayət edəndə, heç olmasa vicdan əzabı çəkdinmi? Şəhid Dilqəmin qardaşının evini başına uçuranda xəcalət çəkdinmi? İcra hakimiyyətində mühafizəçi polisi işdən niyə qovdun?

Şəhidin adını məktəbdə əbədləşdirmək üçün 3000 manat pulu almağın nə idi, qaytarmağın nə? 20 Yanvar Şəhidlər xiyabanını söküb qaynın Çingizin adına keçirəndə qorxmadınmı Şəhidlərin ahı səni tutar?

69 diş kabinetini "antisanitariya" adı ilə bağlatdırıb, sonra niyə açdın? Zümürzan kənd icra nümayəndəsinin müavini Elxan Bəşirovu 70 c bəndi ilə işdən çıxartdıb, 14 gün sonra yenidən niyə işə qaytardın? 

80 yaşlı ağsaqqala 33 metr hasar çəkdirib sonra niyə onu aldatdın? Mağazananın qabağında olan hasarın açılmasının metri 2000 manata qaldırmaqda məqsədin nədir?”.

X.Salmanzadə də, bərdəlilər də bu suallara cavab istəyirlər. Onlar ölkə rəhbərliyindən xahiş edirlər ki, əgər V.İsayev fəaliyyətində özbaşınalıqlara yol verilirsə, qoy Hacıbala Abutalıbov Bərdəyə icra başçısı təyin olunsun, bəlkə onun bu camaata ürəyi yanar...