Gündəm / Cəmiyyət / Sosial / Foto

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!

"Kanal14.az" xəbər verir ki, "Qarabağ” günəbaxan tumlarının nailiyyət və etibarından sui-istifadə edən qondarma istehsal müəssisəsi aşkar edilib. Bu barədə KAİM.az-a "Qarabağ” günəbaxan tumları istehsal müəssisəsinin rəhbəri Taleh Mətləb oğlu Muradov məlumat verib.

Məlumata görə, qəbul edilmiş standartlara cavab verməyən, sanitar-gigiyenik qaydalara riayət etməyən "istehsal müəssisəsi” uzun müddətdir ki, Bərdə şəhəri H.Əliyev prospekti, Laçın rayon qaçqın məktəbinin həyətində fəaliyyət göstərir.

Lakin, rəzillik bununla bitmir.

Taleh Muradovun sözlərinə görə, Zaur Abuzər oğlu Məmmədovun rəhbərliyi ilə qanunsuz fəaliyyət göstərən qondarma müəssisə "Qarabağ” günəbaxan tumlarının adını və loqosunu mənimsəyib. Eyni ad və loqo altında istehsal edilən məhsulların dadının müxtəlifliyi həqiqi müəssisənin etibarını ciddi şəkildə zədələyib. Alıcı sayında kəskin azalmanın müşahidə olunması isə sağlam bazar rəqabətində bir sıra problemlər yaratmaqda davam edir.

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!

Məlumatda o da bildirilir ki, "Qarabağ” günəbaxan tumlarının ad patenti Mədəniyyət Nazirliyi tərəfindən Taleh Mətləb oğlu Muradova verilib. Həmçinin, qanuna uyğun fəaliyyət üçün tələb olunan bütün vacib sənədlər və müasir tələblərə uyğun istehsal müəssisəsinin qurulması təmin edilib.

Taleh Muradov qondarma qurumun fəaliyyətinə xitam verilməsi məqsədilə bir çox dövlət qurumlarına müraciət edib. Bakı şəhər Məhkəmə Ekspertizasının araşdırması zamanı Taleh Muradovun hüquqlarının pozulduğu təsdiq edilib.

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!

Təəssüf ki, göz önündə olan bütün faktlara baxmayaraq hal-hazırda qondarma istehsal müəssisəsi öz fəaliyyətini hələ də davam etdirir.

Taleh Muradov saytımız vasitəsilə dövlət qurumlarına müraciət ünvanlayaraq qondarma istehsal müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir.

Tum şirkətlərinin `QARABAĞ` SAVAŞI... - NARAZILIQ!