Aparıcı Vüsalə Əlizadəyə qarşı sosial şəbəkədə dələduzluq edilib.

"Kanal14.az" "Unikal"a istinadən  xəbər verir ki, o, bu  barədə "7 Canlı" proqramında deyib. Belə ki, "TikTok"da aparıcının adına səhifə açılıb və insanlardan pul yığılıb:

"Məni sosial şəbəkədə izləyənlər, sizə səslənirəm. "TikTok"da heç bir səhifəm yoxdur. Mənim adımdan səhifələr açılıb. Həyatımda yaşananlardan sonra başım ailəmə qarışıb, ancaq reklam paylaşıram. Bununla ciddi məşğul olacam. Canlı efir açıb, kənarda dayanıb adımdan pul yığırlar. Bu qədər rəzillik, Allahsızlıq etmək olmaz. Yaxınlarım deyir ki, niyə bizi canlıya qəbul etmirsiz? Deyirəm, mən deyiləm. İnsanlar necə geridüşüncəli ola bilərlər?".