"Kanal14.az" xəbər verir ki, bu fikirləri "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev yanvarın 15-də ADA Universitetində "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə söyləyib.

O qeyd edib ki, dövlət başçısı müsahibəsində, həmçinin media və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.

Ə.Nuriyevin sözlərinə görə, ictimai nəzarət orqanları bütün dövlət qurumlarını əhatə etmir:

"Dünyada bununla bağlı təcrübələr mövcuddur. Bunlardan biri Prezidentin yanında İctimai Palatanın yaradılmasıdır. Bu ən yaxın təmas deməkdir. Problemləri ən dəqiq şəkildə çatdırmaq deməkdir.

Bu sayədə ayrı-ayrı sektorlarda vəziyyəti müzakirə etmək olar. Hesab edirəm ki, palatanın tərkibi media, ayrı-ayrı sahələrin mütəxəssisləri və vətəndaş cəmiyyəti institutları olmalıdır”.

Ə.Nuriyev onu diqqətə çatdırıb ki, Qarabağda gedən bərpa və quruculuq işlərində tender məsələsi nəzarətdə saxlanılmalıdır.