Gündəm / Siyasət / Hadisə / Dünya

Ukraynada 7 nazirliyə kiberhücum edildi

Ukraynada 7 nazirliyin və bəzi digər dövlət qurumlarının internet saytları haker hücumu olub.

"Kanal14.az"  xəbər verir ki, hücum nəticəsində dövlət qurumlarının, eləcə də 7 nazirliyin saytına daxil olmaq mümkün olmayıb. Kiberhücum zamanı Ukrayna Xarici İşlər Nazirliyinin saytında ukrayna, rus və polyak dillərində mesaj yazılıb:

 

"Bütün şəxsi məlumatlarınız açıqlanıb. Kompüterdəki bütün məlumatlar məhv edilib, onu bərpa etmək mümkün deyil. Qorxun və ən pisini gözləyin”.