Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Video

"Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV


Kanal14.az: - Son günlər dövlət qurumlarında özbaşınalıq edən bir çox məmurların fəaliyyətləri, həmçinin həmin məmurların narazı saldığı xalqın gileyi yerli müstəqil medialarda tez-tez yer almaqdadır.

Odur ki, müstəqil media bu durumdan narazı qalan bəzi özbaşına, korrupsioner məmurlar tərəfindən müxtəlif təpgilərə məruz qalır.

Bu kimi məmurlar özləri qanunları saymayıb, sahib olduqları vəzifəni şəxsi maraqlarına uyğun şəkildə idarə etmələrinə baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilən 1-2 özlərinə sərf edən (daha doğrusu onların elə anladığı) bəzi maddələri əllərində şüar edərək, müstəqil media haqqında müxtəlif qərəzli addımlar atırlar.

Lakin, Prezident İlham Əliyevin 12.01.2022-ci il tarixində jurnalistlərə müsahibəsi zamanı söylədiyi bu ifadələr onun media barəsindəki obyektiv düşüncələri, həm də sözügedən məmurlara bir mesajdır.

"Dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir."

"DogruXeber.az" qeyd edir ki, bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı vurğulayıb.

DogruXeber.az