Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Şəhid xəbəri gəldi, Hulusi Akar Zakir Həsənova zəng etdi

Şəhid xəbəri gəldi, Hulusi Akar Zakir Həsənova zəng etdi

Kanal14.az: - Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənova zəng edərək başsağlığı verib. Bəlli olduğu kimi, yanvarın 11-də  Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində erməni tərəfinin atəşkəsi pozması nəticəsində hərbi qulluqçu, 24 yaşlı Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Feysbuk” səhifəsində məlumat verilib. Açıqlamada deyilir: "Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri, general Zakir Həsənovla telefon əlaqəsi saxlayaraq Ermənistan ordusu tərəfindən açılan atəş nəticəsində 1 qəhrəman Azərbaycan əsgərimizin şəhid olmasından kədərləndiyini bildirərək başsağlığı verib.

Nazir Akar telefon danışığı zamanı Azərbaycan mövqelərini hədəfə alaraq atəşkəsi pozan Ermənistanın aqressiv davranışına etirazını bildirib və Türkiyənin həmişə qardaş Azərbaycanın yanında durduğunu, bundan sonra da haqlı mübarizələrində qardaşlarımızın tərəfində olacağımızı vurğuladı”.