Gündəm / Cəmiyyət / Təhsil / Səhiyyə

Uzun ömür sürməyə necə nail olmaq olar? Britaniyalı elm adamlarından yeni araşdırma

Uzun ömür sürməyə necə nail olmaq olar? Britaniyalı elm adamlarından yeni araşdırma

Kanal14.az: - Bir çox ölkələrdə elm adamları uzunömürlülük və buna  təsir edən amilləri araşdırırlar. Onlardan biri də qidalanmadır. "Daily Express" şəfalı xüsusiyyətlərinə görə sürətlə populyarlıq qazanan bitki haqqında yazır. Bu bitkinin tərkibindəki maddələrin xroniki xəstəlikləri sağaltdığı və ömrü uzadığı məlum olub.


Dünyanın hər yerində müəyyən əhali qruplarının uzunömürlü olması əsasən onun qida rasionu ilə izah edilir. Yeni araşdırma ilə insan ömrünü uzadan tənəffüs xəstəlikləri kimi müəyyən xəstəliklərin öhdəsindən gəlməyə kömək edən bu bitki güclü antioksidantlarla zəngindir. 


"Molecules" jurnalında dərc edilən məqalədə söhbət antosianinlə zəngin olan qara gəndəlaşdan gedir.
Antosianin orqanizmdə oksidləşdirici stressi azaltdığına görə məşhurdur, bu da ömrün uzunluğunun artmasına səbəb olur, çünki bədənimizin bütün sistemlərinə zərərli təsirlər azalır. Ancaq gəndəlaş oksidləşdirici stresslə mübarizə apararaq, xroniki xəstəlikləri də sağaldır.


Məqalənin müəllifi Syuzi Soyer bunu belə izah edir: "Bu bitkinin sağlamlığa faydalarına gəlincə, gəndəlaş fantastik nüfuza malikdir. Onların gözəl rəngi bitkinin tərkibində antioksidantların və flavonoidlərin yüksək həddə varlığına işarədir. Bütünlükdə bu giləmeyvə yaxşı həzmi təmin edən liflə zəngindir. Gəndəlaş ürək-damar xəstəlikləri riskini azaldır. Həmçinin onun meyvələri C vitamini ilə zəngindir. Tərkibindəki ellagik turşu dərini ultrabənövşəyi radiasiyadan qorumağa kömək edir. Gəndəlaş meyvələrində karbohidrat az olduğu üçün istənilən pəhriz üçün uyğundur. Onun hələ təkcə meyvələri yoluxucu tənəffüs xəstəlikləri ilə mübarizədə əhəmiyyətli faydalara malikdir".
Qeyd etmək lazımdır ki, gəndəlaş tənəffüs xəstəliklərinin qarşısının alınması üçün geniş istifadə olunur. "Complementary Therapies in Medicine" jurnalında gəndəlaşın soyuqdəymədə faydalı təsirlərinə işarə edən sübutlar olan məqalə var. 

Həmçinin 180 könüllünün iştirak etdiyi dörd araşdırmanın məlumatları araşdırılıb. Elm adamları müəyyən ediblər ki, qara gəndəlaş anti-virus təsir göstərir, soyuqdəymə və qripin müalicəsində kömək edir. Həmçinin müəyyən edilib ki, qara gəndəlaş ekstraktı öskürək, burun tıxanıqlığı və boğazın qızartısı kimi yuxarı tənəffüs yolu infeksiyası əlamətlərinin öhdəsindən gəlir.
Məqalənin sonunda tədqiqatçılar yazırlar ki, araşdırmalar nəticəsində gəndəlaş yuxarı tənəffüs yollarının viral infeksiyalarını müalicə edən antibiotiklərə, soyuqdəymə və qrip üçün təklif olunan dərmanlara daha təhlükəsiz alternativ ola bilər.
Tərkibində gəndəlaş olan dərmanlar insanları COVID-19 infeksiyasından qorumaq vasitəsi adlandırıldığı üçün pandemiya zamanı daha çox populyarlaşdı.


Fövqəladə hallar üzrə elmi məsləhət qrupu deyir ki, tərkibində gəndəlaş olan qida əlavələrinin təkcə 2020-ci ilin mart ayının ilk həftəsində satışı 255 faiz artıb. Amma səhiyyə orqanları gəndəlaşın çiy yarpaqları, gövdələri və giləmeyvələrindən yemənin və istifadənin təhlükəli olduğunu xəbərdar edir. İş orasındadır ki, bu bitkinin tərkibində yarpaqlarında və yetişməmiş yaşıl giləmeyvələrində siyanidlər əmələ gətirən kimyəvi maddə var. Btikidən istifadənin yan təsirlərinə ürəkbulanma, qusma və burun axması daxildir. Beləliklə gəndəlaşın yalnız laboratoriya şəraitində müəyyən olunmuş şəkildə dərman preparatları yaxud qida əlavələri formasında istifadəsi məqsədəuyğundur. Qeyri-peşəkar istifadə zərərlidir.//Hurriyyet.az