Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial
11:45 / 8.01.2022
89

“İyirmi beş manata aldığım məhsul indi 30-u keçib” - ETİRAZ

“İyirmi beş manata aldığım məhsul indi 30-u keçib” - ETİRAZ

 Müğənni Nura Suri ölkədə ərzaq məhsullarının bahalaşmasından yazıb. "Kanal14.az"  "Qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı öz feysbuk səhifəsində bildirib ki, marketlərdə qiymətlər çox qalxıb:


"Hər zaman aldığım məhsulların qiyməti çox artıb. 24-25 AZN olan məhsul 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür”.


Onun sözlərinə görə, zaman keçdikcə imkansız adamlara lap çətin olacaq: "Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!”