Gündəm / Siyasət / Sosial

Sabiq deputat ağacları kəsdirir - Daha bir rəsmi açıqlama

Sabiq deputat ağacları kəsdirir - Daha bir rəsmi açıqlama


Kanal14.az: - Milli Məclisin sabiq deputatı, "Ştutqart" şirkətinin sahibi Nəriman Əliyevin Bakıda ağacları kəsdirməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Azerinfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır.

Xatırladaq ki, N.Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub.