Gündəm / Hadisə

Azərbaycanda dəhşət: Evdən üç kişinin meyiti tapıldı

Azərbaycanda dəhşət: Evdən üç kişinin meyiti tapıldı

Abşeron rayonunda dəhşətli hadisə baş verib.

"Kanal14.az"ın  Oxu.az-a istinadən  məlumatına görə, rayonun Saray qəsəbəsində kirayədə yaşayan 3 kişi dəm qazından zəhərlənərək ölüb.

Belə ki, İmişli rayon sakinləri 55 yaşlı Akif Nərimanov, 56 yaşlı Gülağa Əliyev və 40-45 yaşlı şəxsiyyəti müəyyənləşdirilməmiş kişi evdə dəm qazından boğulublar. Ehtimal edilir ki, hadisə gecə saatlarında onlar yatan zaman baş verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.