Gündəm / Siyasət / Hadisə / Dünya

Husilərin hücumu nəticəsində dinc sakinlər həlak olub

Husilərin hücumu nəticəsində dinc sakinlər həlak olub

"Kanal14.az"  xəbər verir ki, Yəməndə husilərin bazara hücumu nəticəsində 4 nəfər dinc vətəndaş həlak olub, 6 nəfər yaralanıb. Hücum nəticəsində bazarın yaxınlığındakı benzin stansiyasında yanğın baş verib və ətrafa böyük zərər dəyib. Hadisə Şebve vilayətinin Useylan rayonunda baş verib.

Yəmənin rəsmi SABA agentliyinin verdiyi xəbərə görə, husilərin Səudiyyə Ərəbistanına göndərdikləri 3 ədəd PUA məhv edilib. 

Hürr Tərcüman