Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət / Sosial

Yeni pul siyasəti rejiminə keçid şərtləri hazırlanacaq

Yeni pul siyasəti rejiminə keçid şərtləri hazırlanacaq

Ortamüddətli perspektivdə (2022-2023-cı illər) yeni pul siyasəti rejiminə baza keçid şərtlərinin yaradılması çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) hökumətlə birlikdə dövlət qiymətli kağızları bazarının genişləndiriliməsi və aktiv pul bazarının formalaşması, valyuta bazarında təklif kanallarının şaxələndirilmsəi və effektiv makroiqtisadi koordinasiyanın gücləndirilməsi kimi istiqamətdə fəaliyyət göstərəcək.

Bu barədə AMB-nin "2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.

Bəyanatda həmçinin bildirilir ki, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsində AMB-nin təhlil və proqnozlaşdırma potensialının gücləndirilmsəi də mühüm rol oynayacaq. Bu istiqamətdə Proqnozlaşdırma və Siyasət Təhlili Sisteminin qurulması (FPAS), orta və uzunmüddətli proqnozlaşdırma üzrə model çantasının modernləşdirilməsi, proqnoz göstəricilərinin spektirinin genişləndirilməsi , təhlil və proqnozlar üçün zəruri statistik məlumat bazasının kəmiyyət və keyfiyyətcə təkmilləşdirilməsi istiqamətində işlər görüləcək.

"Real sektor müəssisələri və ev təsərrüfatlarına dair statistik-analitik işlərin gücləndirilməsi çərçivəsində maliyyə davranışları və iqtisadi gözləntilərə dair sorğuların təkmilləşdirilməsi, sorğu əsaslı analitik təhlillərin dərinləşdirilməsi nəzərdə tutulur", - bəyanatda deyilir.

AMB bildirir ki, gözləntilərin idarə edilməsində komunukasiya siyasətinin efektivliyinin artırılması qarşıdakı strateji dövrdə də pul sityasətinin vacib elemetlərindən biri olacaq.

Bəyanatda həmçinin qeyd edir ki, informasiya açıqlığı siyasəti çərçivəsində pul siyasətinin məqsədi, prinsipləri, tədbirləri və nəticələri, eyni zamanda iqtisadi vəziyyətin qiymətləndirilməsi və inkişaf perspektiləri ilə bağlı maksimum operativ və tam açıq məlumatların ictimaiyyətə açıqlanması təmin olunacaq:

"Kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və pandemiya səbəbiylə kommunikasiya zamanı rəqəmsal alətlərdən daha geniş istifadə olunacaq. Qəbul edilmiş yeni strategiya əsasında kommunikasiyanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində də daim işlər aparılacaq. Müxtəlif hədəf qrupları üçün iqtisadi-maliyyə mövzularında marifləndirmə işlərinin davam etdirilməsi də nəzərdə tutulur".