Gündəm / İdman

“Azərbaycan millisindəki işimə davam edəcəm” - Canni De Byazi



Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Yunanıstan millisini çalışdıracağı ilə bağlı çıxan iddialar haqda danışıb.

"İtaliyalı məşqçi Azərbaycan millisinin baş məşqçi postunda qalacağını bildirib:

"Gələcəklə bağlı planlar? Mənə artıq çox yaxşı tanış olan Bakıda qalacam. Azərbaycan millisindəki işimə davam edəcəm. İndi bunu dəqiq deyə bilərəm”.