Gündəm / Hadisə

Hacıqabulda qanunsuz ov edən üç nəfər saxlanıldı

Hacıqabulda qanunsuz ov edən üç nəfər saxlanıldı

 

 
Kanal14.az: - Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Xəyyam Hüseynov, Fərhad və Ağabala Musayevlər saxlanılıblar.

Onlardan 2 ədəd ov silahı, həmin silahlara aid 3 ədəd patron, 2 ədəd patron qatarı, ov üçün müxtəlif vasitələr və qanunsuz olaraq ovlanmış 8 ədəd dovşan aşkarlanaraq götürülüb.//dia.az

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
 

Hacıqabulda qanunsuz ov edən üç nəfər saxlanıldı