Gündəm / Şou / Mədəniyyət

"Mən fəhlə adamam, dincəlmək bilmirəm ki..."

"Mən fəhlə adamam, dincəlmək bilmirəm ki..."

 Kanal14.az: - Müğənni Nadir Qafarzadə "Yeni ili harada qeyd edəcəksiniz" sualını cavablandırıb.

DİA.AZ-ın məlumatına görə, Qafarzadə qeyd edib ki, onun üçün bayram günləri ilə adi günlər arasında heç bir fərq yoxdur:

"Yeni ili Azərbaycanda qeyd edəcəyəm. Mən fəhlə adamam, dincəlmək bilmirəm ki, mənim üçün adi iş günüdür. Çünki mən həmin gün də işləyəcəyəm. Başqasını deyə bilmərəm, mənim taleyimə işləmək düşüb. Mən atayam, ailə sahibiyəm, bayramda da, adi günlərdə də işləyirəm. Düzdür, hərdən vaxt tapıram harasa gedim, amma bayramlarda biz işləyrik, camaat əylənir”.