Gündəm / Mədəniyyət

“Öz abır-həyamı gözlədiyimə görə o verilişlərə getmirəm”

“Öz abır-həyamı gözlədiyimə görə o verilişlərə getmirəm”

Kanal14.az:-  "Mənim özümü də ailə-məişət mövzusundan bəhs edən verilişlərə dəvət edirlər, amma getmirəm. O verilişlərə baxanda fikirləşirəm ki, görün bu efirin bir dəqiqəsi görün neçəyə başa gəlir. Elə onun yerinə maarifləndirici veriliş yayımlansa, olmazmı?! Görün bizim efirlərin vaxtı nələrə sərf olunur”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tarzən Möhlət Müslümov deyib. M.Müslümov bu cür verilişlərin ailədə uşaqlara da pis təsir etdiyini bildirib:

"Ailə haqqında verilişlərin olmasının tərəfdarıyam, amma maarifləndirici tərəfləri olmalıdır. O verilişlərə baxanda mənim nəvəm də evdə olur və görür ki, iki adam bir-birindən boşanır və buna görə dava edirlər.

O yaxşı haldır ki, verilişlərdə imkanı olmayanlara pul yığıb, köməklik edirlər. Bu savabdır. Amma yoxsa ki, küçədə yatan birini efirə çıxarıb, həyatını müzakirə edirlər. Bu isə nə bizim mentalitetimizə, nə də xalqımıza yaraşır. Axı ulu babalarımız belə olmayıb. Hər bir ailədə söz-söhbət olur, amma onu efirə çıxarmaq nəyə lazımdır. Mən o verilişlərə evdə baxanda utanıram, qalmışdı ki, orda iştirak edim. Öz abır-həyamı gözlədiyimə görə o verilişlərə getmirəm”.