Gündəm / Siyasət / Sosial

Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edilib

Bu gün daha 60-a yaxın məhkum cəzadan azad edilib

Bu gün Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma Amnistiya aktının tətbiq edilməsi barədə qərar təqdim olunub.

"Kanal14.az" Report-a istinadən  xəbər verir ki, bununla bağlı idarədə tədbir keçirilib.

Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bugünkü tədbirdə 20 məhkuma qərar təqdim olunub: "Onlar islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir".

Xatırladaq ki, ölkə üzrə bu gün 60-a yaxın məhkum cəzadan azad edilib.