Gündəm / Siyasət / Sosial
13:06 / 1.12.2021
34

DYP işçi axtarır

DYP işçi axtarır


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsinin kiçik inspektoru ("ASAN xidmət” mərkəzinin səyyar xidməti üzrə) vəzifəsində xidmət aparılması üçün qəbul elan edilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

Xidmətə ali təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan, Bakı şəhərində daimi qeydiyyatda olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycanın kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Müraciət etmək istəyən şəxslər dekabrın 1-dən dekabrın 25-dək hər iş günü saat 10:00-dan 17:00-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Kadrlar şöbəsinə (Bakı şəhəri, Xırdalan– Binəqədi şosesi 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

şəxsiyyət vəsiqəsi

təhsil haqqında sənəd

hərbi bilet

əmək kitabçası (olduğu halda)

sürücülük vəsiqəsi

məhkumluğunun olmaması barədə arayış

Əlaqə telefonları: +99412 590 81 10, +99412 590 81 39