Gündəm / Sosial / Səhiyyə

Gəncə Beynəlxalq Xəstəxanasında QULDURLUQ - Xəstə övladı olan atanın FƏRYADI

Gəncə Beynəlxalq Xəstəxanasında QULDURLUQ - Xəstə övladı olan atanın FƏRYADI

Kanal14.az: -  Balakən rayonu, Şərif kənd sakini, Qıstarov Rəşid Məhəmməd oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Prezident və Ali Baş Komandan! Əvvəlcə bildirim ki, biz ailəmizlə birlikdə Balakən rayonun Şərif kəndində yaşayırıq. 20 may 2020-ci il təvəllüdlü körpə oğlum anadangəlmə ürək xəstəsidir. Zaqatala rayonunda müalicə nəticə vermədiyindən Gəncə Beynəlxalq Xəstəxanasına gətirdik. Uşaq kardioloqu Elnur İmanov əvvələ bizə dedi ki, əməliyyat aparılması üçün əvvəlcə mənə 2500 manat verməlisiniz ki, əməliyyat üçün lazım olan tibbiavadanlıqları alım. Xəstəxanaya da rüsumhaqqı kimi 2500 manat kassaya verməlisiniz.Biz evdə qiymətə gedən mal-qaramızı satıb 21 iyun 2021-ci ildə Gəncə xəstəxanasının çayxanasına gətirdik. Burada Elnur İmanov 2 nəfər tibb bacısıilə çay içirdi. Yaxınlaşıb 2500 manatı masanın üstünə qoydum. O dərhal pulu geri itələdi ki, neynəyirsən, məni tutdurmaq istəyirsənmi? Gedək otağıma . Biz uşağı müayinə edən otağa gəldik və pulu ona verdim Oda planşet boyda olan əl çantasına qoydu. Əməliyyat qabağı da kassair qıza 2500 manat pul verdik və dedik ki, həkim Elnura da tibbi ləvazimat üçün 2500 manat vermişik. Kassir dedi ki, axı hər şey kassaya ödəyəcəyiniz 2500 manata daxildir. Bu zaman mən Elnur həkimlə telefon əlaqəsi saxlayaraq verdiyim 2500 manatı geri istədim ki, kassaya verməyə pulmuz qalmayıb. Razı olmadı. Qeyd etdi ki, mən pulu verib Türkiyədən balonlar sifariş etmişəm. Naəlac qalıb yenidən rayondan 26 iyunda nəzərdə tutulan əməliyyat üçün yenə də borca-xərcə düşüb 2500 manat toplayıb gətirdik. Lakin çox təəssüflər olsun ki, aparılan əməliyyatın nəticəsi uğursuz oldu.

Elnur həkim isə nəticənin belə olduğunu gördükdən sonra bizə bildirdi ki, siz ikinci əməliyyat üçün mənə 4000 manat verin, mən uşağı sığortaya saldırıb əməliyyat edim. Bu dəfə yaxşı olaq. Biz dedik ki, ay həkim artıq bizim nə imkanımız, nə də pulumuz yoxdur.

Biz məsləhətlə uşağı Bakıya Mərkəzi Klinikaya gətirib həkim Vəli Behbudova göstərdik. Müayinələrdən sonra yenidən uşağı təxirə salınmadan əməliyyat etməyi tövsiyə etdilər. Yoxsa, belə ağır vəziyyətdə uşağın 3 ay ömrünün qaldığını bildirilər. İndi biz çox çıxılmaz vəziyyətdə qalmışıq. Yaş yarım olan oğlumuzun gözlərimiz önündə həyatla yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda çarəsiz durumda qalmışıq. İndi bilmirik əvvəlki əməliyyat və həkim üçün verdiyimiz 5000 manat borcumuzu ödəyək, yoxsa yenidən borca düşək.

Yaşadığımız kəndimizdə də hamı bilir ki, bizim ailənin real maddi durumu çox aşağıdır.Gündəlik ərzaq almağa belə imkanımız yoxdur.

Çoxhörmətli cənab Prezident və 1-ci vitse prezident xanım Mehriban Əliyeva, Sizlərdən çox xahiş edirəm ki, 1.5 il yaşı olan oğlumun Mərkəzi Klinikanın həkimi Vəli Behbudov tərəfindən təcili əməliyyat olunması üçün köməklik göstərməyinizi və Gəncə Beynəlxalq Xəstəxanasının həkimi Elnur İmanovdan bizi aldadaraq aldığı 2500 manat pulumuzun geri qaytarılmasına yardımçı olasınız ki, biz əməliyyatdan sonra uşağın reabilitasiya dövrü üçün lazım olan dərmanları ala bilək. Əvvəlcədən minnətdarlığımızı bildiririk".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...