Gündəm / Hadisə

İmişlidə 11 yaşlı qızı zorlayan ögey ata HƏBS EDİLDİ

İmişlidə 11 yaşlı qızı zorlayan ögey ata HƏBS EDİLDİ

 

 

Kanal14.az xəbər verir ki, İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı il 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə)
maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq davam edir.