Gündəm / Sosial / Təhsil

20 nömrəli məktəbdə karantin müddəti uzadıldı - FOTO

20 nömrəli məktəbdə karantin müddəti uzadıldı - FOTO


Kanal14.az: -  A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyinin karantin vaxtı daha 10 gün müddətinə uzadılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu barədə Bakı Şəhəri Yasamal rayonu Gigiyena və Epidemiologiya mərkəzi qərar verib.

Mərkəzdən bildirilib ki, 18-28 oktyabr tarixi ərzində 20 saylı məktəbin 3 müəllimi və 28 şagirdi "Covid-19” virusuna yoluxduğu üçün bu zəruri addım atılıb.

Qeyd edək ki, 20 nömrəli tam orta məktəb-liseyində şagirdlər və müəllimlər arasında yoluxma kəskin surətdə artdığına görə, oktyabrın 18-dən fəaliyyətini dayandırmışdı və 14 gün karantin elan edilmişdi. Bu müddət noyabrın 1-də bitirdi.

20 nömrəli məktəbdə karantin müddəti uzadıldı - FOTO