Gündəm / Hadisə / Təhsil

Xaçmazda 13 yaşlı şagird məktəbdə öldü - Prokurorluqdan AÇIQLAMA

Xaçmazda 13 yaşlı şagird məktəbdə öldü - Prokurorluqdan AÇIQLAMA

 Kanal14.az:Xaçmaz rayonunda 13 yaşlı məktəbli vəfat edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.


 

15:27
Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Sonxeber.az xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir (apa).