Gündəm / Cəmiyyət / Sosial

NİGAH XƏTTİ-Öyrənin! Neçə uşağın olacaq, evliliyin uzun və ya qısa sürəcək?...DAHA NƏLƏR...

NİGAH XƏTTİ-Öyrənin! Neçə uşağın olacaq, evliliyin uzun və ya qısa sürəcək?...DAHA NƏLƏR...

Kanal14.az: - Çeçələ barmağın qurtaracağından ürək xəttinin arasında, ürək xəttinə paralel, çeçələ barmağın kənarında xətt olur. Buna nigah xətti, evlənmə xətti deyirlər. Bəzən bu xəttən 2-3 dənə, bəzən daha çox olur. Bu o deməkdir ki, həmin adam qanuni və ya qeyri-qanuni 2-3 ailə həyatı, nigah yaşayacaq. Yəni evlənmələrin sayını göstərir. Yaxud nigahdan kənar evliliyi də göstərir. Onun üzərində isə, şaquli xətt və ya xəttlər olur. Bu xəttlər övladların sayını göstərir.

Bu xəttlərə baxanda insanın neçə dəfə ailə quracağı, bu ailə həyatlarının uzun və ya qısa sürəcəyini görmək olur. Övladların oğlan və ya qız olacağını bilmək olur. Hətta bir adama baxıb onun nigahdan kənar əlaqələrinin olub-olmamasını da görmək olur. Ailə barədə kiçik incəlikləri də bilmək olur. Ovuc xəttlərinə baxıb insanın ticarət bacarığının nə qədər yaxşı olmasını da bilmək olur. Adsız barmaqdan aşağısında xətlər olur ki, bunlar da insanın incəsənətə və ədəbiyyata olan qabiliyyətini göstərir. Bəzən insanda bu qabiliyyətlər olur. Lakin ona mane olan xəttlər olur. Çeçələ barmağın aşağısı ilə biləyə doğru xətlər də var ki, bu ay yüksəkliyi adlanan yerdir. Bunlar da insanın uzaq səfərlərini, xarici səfərlərini, arzularını göstərir.

Nikah xəttinin təsdiqi başqa bir işarə ilə tapılır. Şəhadət barmağın ovuc hissəsindəki yüksəkliyin ərazisində 2 və ya 1 xaç işarəli xəttlər ola bilər. Bu evlənmələrin sayına işarədir. Bundan başqa insanın hansı yaşda ailə quracağını müəyyənləşdirmək olur. Xəttlər çox və qarışıq olduqca insanın həyatı barədə proqnoz vermək çətinləşir. Ömür xəttindən çeçələ barmağa doğru bir xətt qalxır. Bu xətt sağlamlıq xətti və ya qaraciyər xəttidir.

Bu xətt nə qədər düz olursa bu qaraciyərin, həzm orqanlarının sağlam olmasına işarədir.

Barmaqların altındakı qabarlar da xüsusi mənalar daşıyır. Məsələn, şəhadət barmağın altındakı təpə nə qədər qabarıq, hündür olursa insanın şəxsi mənliyinin, ləyaqətinin yüksək olmasını göstərir. Yəni insan şəxsi ləyaqətinin başqaları tərəfindən əzilməsinə imkan vermir. Bunun altındakı qabar isə nə qədər yüksək olursai nsan karyerada bir o qədər qabağa gedir. Yəni orda əksinə olur.İnsan mənliyini nə qədər çox qoruyursa, vəzifə pillələrində onun yüksəlməsi az olur. Bəzən insanın evlənmə xətləri çox olur. Lakin onun üzərindəki övlad xətləri heç olmur.

Bəzən ovuca baxanda insanın eyni zamanda iki adamla intim və ya ailə həyatı yaşadığını görmək olur. Çox incə məqamları görmək olar. Ovucda, şəhadət barmaqdan aşaşısında aypara formasında xətt olur. Lakin bunların hamısını demək lazımdırmı? Bu nə dərəcədə xeyirli nəticə verə bilər? Xiromant bu barədə ehtiyatlı olmalıdır. Lazım olan qədər demək məsləhətdir.

Maddi durum da barmaqlarda öz əksini tapır. Belə ki, adsız barmaq şəhadət barmaqdan uzundursa, həmin insanın maddi təminatı kifayət qədər olur. Çeçələ barmağın uzunluğu adsız barmağın sonuncu falanqasından yuxarı qalxırsa deməli bu adamda kifayət qədər nitq qabiliyyəti, fikirlərini ifadə etmək bacarığı var. Başqalarını inandırma qabiliyyəti var.

Baş barmağın vəziyyətinə də fikir vermək lazımdır. Baş barmağın birinci falanqası insanın intelektinin göstəricisidir. İkincisi isə onun iradəsinin göstəricisidir. Əgər intelekt və iradə zəif olarsa, o adamın baş barmağı çox kiçik olur. Cəsarətsiz, qorxaq olur. Həddən artıq qəddar adamlarda, vəhşi xisləti olan adamlarda baş barmaq, qaba, gobud, yoğun, yöndəmsiz, eybəcər və həddən artıq böyük olur. Bu insanlar zorakılığa meylli olur. Daxilən başqalarına qarşı nifrət, kobudluq, cılızlıq hissi ilə dolu olur. Belə adamlar cinayətə meylli olurlar.

Ümumiyyətlə, barmaqların formasına fikir vermək lazımdır. Misal üçün: Xəsis adamlarda barmaqlar bir-birinə doğru əyilmiş olur. Çeçələ barmaqla orta barmaq bəzi adamlarda həddən artıq əyilmiş olur. Belə adamların çox gizli bir sirri olur. Bu adamlar qəflətən dünyadan gedirlər. saqlamheyat.az