Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Təhsil / Səhiyyə

TƏBİB-dən koronavirusdan öldüyü deyilən şagirdlə bağlı AÇIQLAMA

TƏBİB-dən koronavirusdan öldüyü deyilən şagirdlə bağlı AÇIQLAMA

 

Kanal14.az: - Xəbər verdiyimiz kimi, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib. R.Quliyevin koronavirusa yoluxduğu barədə xəbər yayılıb. 

TƏBİB-dən  verilən məlumata görə, şagird koronavirusdan vəfat etməyib.

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.