Gündəm / İqtisadiyyat / Sosial

Azərbaycanda yağların tərkibi ilə bağlı yeni sənəd layihəsi hazırlanıb

Azərbaycanda yağların tərkibi ilə bağlı yeni sənəd layihəsi hazırlanıb

Kanal14.az: - "Agentlik tərəfindən yaxıla bilən yağlar, marqarinlər və qatı yağlara dair sanityariya normaları və qaydaları sənəd layihəsi hazırlanıb”.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, həmin sənəddə yağ məhsullarında trans yağ turuşularının miqdarının məhsulun ümumi yağ tərkibinin 2%-dən az olmasını tənzimləyən müddəalar öz əksini tapıb:

"Bu, beynəlxalq standartlara uyğundur. Bu normalar qüvvəyə mindikdən sonra respublika ərazisində idxal olunan bütün yağların tərkibində trans yağların sadəcə 2%-ə qədər olmasına icazə veriləcək. Bu baxımdan nəzərə çatdırmaq istəyiik ki, istər idxalla məşğul olan, istərsə də ölkə ərazisində yağ istehsal edən sahibkarlarlıq strukturları bu fakta önəm versinlər”.