kanal14.az
kanal14.az

Həkimdən İYRƏNC ƏMƏL: Qadınları narkotik aludəçisinə çevirib, daha sonra isə...

13-10-2021, 16:10

Həkimdən İYRƏNC ƏMƏL: Qadınları narkotik aludəçisinə çevirib, daha sonra isə...Kanal14.az: - Xəstələrini narkotik dərmanlara öyrəşdirən həkim bir çox qadının həyatını kabusa çevirib.

Sonxeber.az-ın "Habel Global"a istinadən verdiyi məlumata görə, onun bu əməlindən xəbərdar olanlardan heç kimin danışmaması başqa bir problemə səbəb olub.

 

Belə ki, miqren ağrılarından əziyyət çəkən T. Consonun xəstəliyinə həkimlər dərman tapa bilməyiblər. Ancaq Nyu-Yorkdakı "Beth İsrael" Sağlamlıq Mərkəzində çalışan Rikardo Krusiani adlı nevroloq ona isti, sevgi dolu münasibət göstərərək güclü tiryək tərkibli dərmanlarla müalicə yazıb.

Conson, həkimin bu cür münasibətini görəndə "Nəhayət qarşıma mənimlə maraqlanan bir həkim çıxdı" deyə düşünüb. Müalicənin sonrakı aylarında isə həkim dərmanların dozasını artıraraq Consonu özünə bağlayıb. Narkotik maddənin təsirinə düşən qadın həkim tərəfindən təcavüzə uğrayıb. Krusiani ona qarşı əxlaqsız hərəkətlər edib.

Qadın müqavimət göstərən kimi dərmanlarını dayandıran həkimin tək qurbanı Conson olmayıb. Bu həkim təxminən 30 il müddətində Nyu-Yorkun fərqli xəstəxanalarında çalışıb.

2017-ci ildə cinayətkar nəhayət məhkəmə qarşısına çıxarılıb.

Həkimlik sənədindən məhrum edilən həkim 1 milyon dollar miqdarında cərimələnib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA