Gündəm / Sosial

İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi

İsmayıllıda əmək və əhalinin sosial müdafiəsi nazirliyinin regional məşğulluq mərkəzinin rəisi Emil Bədəlovun qanuna zidd əməllərinin monitorinqi

Kanal14.az: - Qeyd olunan mərkəz barəsində KİV vasitələrinə xeyli sayda müraciətlər daxil olub. Konkret olaraq mərkəzin rəisi Emil Bədəlovun qanunsuz əməlləri, insanları aldatması və sair məsələlər barədə ətraflı məlumatlar əldə etmişik.
Qeyd olunan məsələlər barədə ətraflı informasiyalar almaq məqsədilə monitorinq elan edirik və bu dövlət qurumundan narazı və şikayətçi olan vətəndaşların bizə müraciət etmələrini xahiş edirik. Sonda hesabat xarakterli sənəd hazırlanıb, həm KİV vasitələrində dərc olunacaq, həm də ayrı-ayrı dövlət qurumlarına təqdim olunacaqdır.
Hər kəsə əvvəlcədən təşəkkür edirik.
İnformasiya şöbəsi.