kanal14.az
kanal14.az

Azərbaycan Prezidenti: "Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynayır"

11-10-2021, 12:54

Azərbaycan Prezidenti:

Kanal14.az: - "Yaradıldığı gündən etibarən Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynamaqdadır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciətində bildirib.

Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatının təməlini ərazi bütövlüyünə hörmət, aqressiv davranışlardan çəkinmə və daxili işlərə müdaxilə etməmə kimi prinsiplər təşkil edir: "Bu prinsiplər hazırkı beynəlxalq münasibətlərdə aktual və əhəmiyyətli olaraq qalır”.

Prezident İlham Əliyev ölkələrin ərazi bütövlüyünün pozulması və güc tətbiqinin yolverilməz olduğunu diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA