kanal14.az
kanal14.az

Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu görün hansı məşhurun əri olub - FOTO

6-10-2021, 18:03


Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu görün hansı məşhurun əri olub - FOTOXəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.

Kanal14.az Sonxeber.az-a istinadən  xəbər verir ki, Zaur Mahmudov həm də Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı olub.

Zaurla Mehriban illər əvvəl ailə qurub. Amma onların nikahı uzun çəkməyib. Cütlük bir müddət sonra ayrılıb.

Z.Mahmudov 2006-cı ildə ikinci dəfə evlənib. Onun bu nikahı isə 7 il çəkib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunub. Hakim Siyavuş Hacıyevin hökmü ilə Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib. L.Dadaşova açıqlamalarından birində M.Xanlarova ilə münasibətlərinin yaxşı olduğunu, onu oğluna alarkən özünün elçi getdiyini deyib./Axşam.az
Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu görün hansı məşhurun əri olub - FOTO









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA