kanal14.az
kanal14.az

"Sən bir nəslin çörək ağacısan" - Zaurdan Vüsaləyə

24-09-2021, 16:20

Aparıcı Zaur Baxşəliyev 40 gün əvvəl qardaşını itirən həmkarı Vüsalə Əlizadə ilə bağlı paylaşım edib.

Kanal14.az   Axşam.az-a istinadən  xəbər verir ki, o, aparıcıya səslənərək, onun işinə qayıtmasını istəyib:

 

"Əziz insan, dərd azar kimidir, batmanda gələr, misqalla çıxar. Dərdin sənindir, təsəllimiz heç nəyi azaltmaz. Nə çəkdiyini sən yaxşı bilirsən. Sən həm də bir nəslin çörək ağacısan. İndi üzərinə daha böyük məsuliyyət düşür. Sən işinin başına dönməlisən. Səni minlərlə tamaşaçı gözləyir. Qayıt aramıza gəl və davam et. Onun da ruhu şad olar. Çünki o səni hər zaman səhnədə görmək istəyirdi. İnşallah, efirə davam".

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA