Gündəm / Təhsil

Bu məktəbin əksər məzunları "tələbə" adını qazanıblar - Qabaqcıl təhsil ocağı // FOTO

Bu məktəbin əksər məzunları

Kanal14.az: - Azərbaycan respublikasının Prezidenti Ilham Əliyev yeni tədris ilinin başlanmasına qədər onlarla orta məktəb müəssisələrində aparılan təmir və yenidənqurma işləri ilə şəxsən tanış olub.

Sizə söz açacağım Qaradağ rayon Lökbatan qəsəbəsindəki 288 saylı tam orta məktəb 1993 -cü ildən fəaliyyət göstərir. Məktəbdə yüzlərlə şagird təhsil alır. Onların təlim tərbiyəsi ilə məktəbin müəllim kollektivi məşğul olur.

Məktəbdə űmumi şagird kontingetinin yarıdan çoxu "4 - 5" qiymətlərlə oxuyur.
Məktəbi bitirən məzunların demək olar ki, əksəriyyəti ali və orta ixtisas məktəblərinə qəbul olurlar. Bu il də sözügedən orta məktəbin bir neçə məzunu keçirilən dövlət imtahanlarında yaxşı nəticələr göstərərək, ali məktəblərə qəbul olunublar.

Bu gün də məktəbin drektoru Taleh Quliyev və müəllim kollektivi ilk dərs günü münasibətilə məktəbliləri təbrik etdilər.

Qeyd edək ki, bu gün bütün tədris müəssisələrində 1-ci siniflər üçün ilk dərs günüdür.

Biz də redaksiya olaraq öz adımızdan birinciləri və onların bu sevincini onlardan iki dəfə daha artıq yaşayan valideyinlərini təbrik edirik.

Qədəmləriniz uğurlu olsun!

Hazırladı: Xəyalə İbrahimli.
Capar.info