kanal14.az
kanal14.az

Bu şəxslər koronavirusa təkrar yoluxduqda AĞIR KEÇİRİR

20-09-2021, 11:36

Kanal14.az: - Adətən koronavirusa təkrar yoluxma halları çox az rast gəlir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir. Lakin istisnalar da mövcutdur, bu çox güman ki, həmin şəxsdə immun sistemin zəif olması və ya yanaşı xroniki xəstəliklərin olması ilə əlaqədardır.

 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

T.Eyvazov bildirib ki, mutasya olmuş virusların orqanizmdə movcud anticisimlərdən yalnız hissəvi yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanın digər mutasya olmuş ştamlarla da təkrar yoluxma hallarına aid etmək olar:

 

"Təbii ki, mutasya olunmuş ştama qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.(Trend)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA