Gündəm / Siyasət

İran Azərbaycanda saxlanmış sürücüləri buraxdırmağa çalışır

Kanal14.az: - İran tərəfi Gorus-Qafan yolunda saxlanılmış iki yük maşınının sürücüsünün buraxılmasını istəyib.

Bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, İran sürücülərin buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş istəyib.

Sentyabrın 12-dən Azərbaycan polisi Gorus-Qafan yolunun ordumuzun  nəzarətində olan Eyvazlı kəndi ərazisində postlar qurub. Daha sonra həmin postda Xankəndiyə qanunsuz yük aparan iki iranlı sürücü saxlanılıb. Onlara Azərbaycan ərazisinə qanunsuz yollarla girməsi izah olunub.