Gündəm / Siyasət

Eldar Həsənovun vəsatəti təmin olunmayıb - Yenilənib


Kanal14.az: - Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.


Vəkil Cavad Cavadov təqsirləndirilən Eldar Həsənovun səhhətində ciddi problemlərin olmasını və vəziyyətinin pisləşməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.

Vəsatətə təmin edilməyib.

Prosesdə fasilə elan olunub.

***

Sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Eldar Həsənov səhhətində yaranmış problemlər barədə danışıb, vəziyyətinə dair bir daha məhkəməyə məlumat verərək məhkəməyə gəlməsinin çətin olduğunu deyib.

Hakim Əfqan Hacıyev isə cavab olaraq bildirib ki, bununla bağlı həkimlərin və ekspertlərin müvafiq rəyi olmalıdır.

Daha sonra Eldar Həsənov iş üzrə ifadə verməyə başlayıb./apa/