Gündəm / İqtisadiyyat / Sosial

Azərbaycandan Gürcüstana pul köçürmələri -2 dəfə artıb

Bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 7,15 milyon ABŞ dolları pul köçürülüb.

Kanal14.az: - Bu barədə Gürcüstan Milli Bankının məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Hesabat ayında Azərbaycandan daxil olan pul köçürmələrinin ümumi köçürmələrdəki payı 3,5 % olub.

Ötən ay Gürcüstandan Azərbaycana isə 1,8 milyon dollar pul köçürülüb ki, bu da illik müqayisədə 0,4 milyon dollar və yaxud təxminən 30% çoxdur.

Avqustda xarici ölkələrdən Gürcüstana 204,9 milyon dollar (+11,2 %), qonşu ölkədən xaricə isə 27,4 milyon dollar (+18,7 %) məbləğində pul köçürülüb.

Bu ilin yanvar-avqust aylarında isə Azərbaycandan qonşu ölkəyə 56,4 milyon dollar pul köçürlüb. Bu da illik müqayisədə 1,8 dəfə çoxdur.

İlk 8 ayda Gürcüstandan Azərbaycana daxil olan pul köçürmələri isə ötən ilin eyni dövrünə nisbətən təxminən 25 % artaraq 12,6 milyon dollar təşkil edib.