Gündəm / Siyasət / Sosial

Yardımlıda büdcə pulları hara gedir.. - İDDİA

Yardımlıda büdcə pulları hara gedir.. - İDDİA

Kanal14.az: -  xəbər verir ki, sytın poçtuna Yardımlıda büdcə pullarının mənimsənildiyi barədə məqalə daxil olub. Teref.az olaraq pooçtumuza daxil olan bu şikayət məktubunun nöqtə vergülünə belə əl dəymədən oxuculara təqdim edirik. Məqalə müəllifi yazır:
Salam. Yardımlı rayonundan yazırıq yazıb bildiririk ki, Yardımlı rayon İcra Hakimiyetinin Başçısı Ayaz Əsgərov müavini Mahir Mirzəyev və bu dəfə onlara Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədovda qoşulub və bu dəfə dahada böyük yeyintiyə imza atıblar. Belə ki 2021-ci ilin dövlət büdcəsindən nəzərdə tutulmuş Yardımlı rayonunda Abadlıq işlərinin görülməsi üçün ayrılan vəsaiti nədənsə yoxa çıxır, vəsayit xərclənir amma Yardımlı rayonunun yolları abadlığı yapraq tökümun xatırladır, görəsən bu qədər vəsait haradadır kimlərin şəxsi vəsaitinə çevrilib.
Sadə və qısa olaraq burdan görünür ki İcra Başçısı və müavini Mahir Mizəyevin şəxsi vəsaitinə cevrilir Mahir Mirzəyevin müəsissələri yenədə Yardımlı rayon büdcəsinə qənim kəsilib hec və bir qorxusu olmadan hec bir çəkinəcəyi olmadan yenədə iş başındadır. Belə ki Yardəmlı rayonunun 2021-ci ilin büdcəsində nəzərdə tutulmuş Yardımlı rayon İcra Hakimiyyətinin hesabında olan Yolların əsaslə təmiri pulu və Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Şəhər İnzibatə Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin hesabında olan Yardımlı rayon üçün nəzərdə tutulmuş Abadlıq pulu vəsaitlər saxda tender adı altında mənimsənilib.
Daha sonra məqalə müəllifi Maliyyə naziri və İqtisadiyyat nazirinə müraciət edrək yazır ki, biz burdan Maliyyə Naziri Samir Şərifova ,İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova səslənirik əyər bu vəsaitlərin adı Yardımlı rayonunun dadı isə İcra Başçısı və müavini Mahir Mirzəyevin elə birdəfəlik bu vəsaitləri İcra Başçısı və Mahir Mirzəyevin hesabına köçürdün day niyə əziyət cəkilər saxda tender elan edilir.Araşdırın görün 2021-ci ildə Yardımlı rayonu üzrə elan edilmiş bu iki saxda tender Yardımlı Rayon İcra Hakimiyyətinin və Şəhər Ərazi Nümayəndəliyinin hesabında olan bu abadlıq ,yolların əsaslə təmiri pulu hardadır niyə bu pular Yardımlı rayonunun yollarında görünmür?Burdan sual ortaya çıxır ki Maliyyə Nazirliyi və İqtisadiyat Nazirliyidə bu yeyintinin marağındadır və görməzdən gəlir.Yuxarıda Təhsil Şöbəsininda adını əbəs yerə çəkmədik belə ki Yardımlı rayon İcra Hakimiyyəti Başçısı və Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədov Yardımlı rayonun Heydər Əliyev Prospektində yerləşən Əvvələr Yardımlı rayonun Poçtu kimi fəaliyyət gösdərən binanın özələşdirilməsi eşqinə düşüblər görəsən bu özələşdirmə niyə bu qədər bunlar üçün önəmlidir?Hörmətli Təhsil Naziri Emin Əmrullayev Yardımlı rayon Təhsilini bərbad vəziyətə salan Təhsil Şöbəsinin müdüri Manaf Səmədovdan sorusun görün bu poçt binasın niyə özələşdirmək isdəyir nə marağı var?Manaf Səmədov bilirsizdə Milli Məclisin Spikerin müavini Fəzail İbrahimlini,Təhsil Nazirliyinində çalışan Fərzəli Qədirovun qohumudur və onların sahəsində Yardımlı rayon Təhsil Şöbəsini talan edir indidə olnara arxayın olub binaların özələşdirilməsi işinə başlayıb.Biz burdan Maliyyə Nazirliyindən,İqtisadiyyat Nazirliyindən və Təhsil Nazirliyi çıxıb Yardımlı rayonunda baş verən bu yeyeintilərlə bağlı bir açıqlama versinər ki görək Yardımlı rayonun niyə bu qədər baxımsızdır niyə bu qədər maraqlı deyil bu nazirliklər üçün niyə bu qədər yeyintiyə göz yumulur Yardımlı rayonunda? 2005-ci ildən bu günə kimi talan olunan Yardımlı rayon büdcəsi birdəfədə olsun araşdırlmayıb ki büdcədən gedən bu pular niyə yoxdur niye daimi Mahir Mirzəyevin 1 illik müəsələrinin qurbanına cevrilib.Bu günəri Yardımlı rayonunda hələdə yeyinti davam edirsə onda bele çıxır ki arxayınçılıq və kiməsə güvən var bu məmurlarda onun üçün hecne demeden yeyinti davam edir.Hörmətli sayıtlar bu göndərilən məslələrlə bağlı adları cəkilən nazirliklərdən bir açıqlama alasınız bizim Yardımlıların səsini eşidən olmur.Bu qədər yeyintilərər susmaq onu gösdərir ki bu yeyintiyə şərait yaradılır ki bu məmurlarda isdədiyi kimi Yardımlı rayon büdcəsin talan edirlər qorxusuz hürküsüz bir göz qırpımında Yardımlı rayon büdcəsi talan olunur.Tendrlərin yoxlanilması baş versə görəcəksiniz ki Yardımlı rayonunda necə pular yeyilir sadəcə sənəd üzərində hər iş görülüb.İnanırıq ki tez bir zamanda bu sadalanan prablemlərlə bağlı bir tədbir görüləcəkdir.

Saxda tenderlər bunlardır girin

1. Yardımlı Rayon İcra Hakimiyyəti Yolların təmiri işlərinin satın alınması 22.07.2021

2.YARDIMLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ YARDIMLI ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİ Abadlaşdırma işlərinin satın alınması 16.08.2021

https://etender.gov.az/procurement-plan/5561

Bu saytdada özünüzdə görə bilərsiz Yardımlıda tenderde sened üzərində görün nələr görülüb ama reyalda hecne yoxdur.
Teref.az olaraq adları çəkiln şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!//Teref.az