Gündəm / Sosial / Təhsil

Yevlax Təhsilində "ailə ansambılı"

Yevlax Təhsilində

Kanal14.az: - Son dövürlər gedən islahatlar, möhtərəm Cənab Prezidentimizin ədalətli kadr siyasəti görünür Yevlax rayonuna çatanda, burada vəzifə başına təsadüfi təyinat alan bəzi qüvvələr tərəfindən qulaq ardına vurulur.

Adının çəkilməsini istəməyən (müəllimliyini itirməmək üçün) mənbə redaksiyamıza bildirir ki, uzun illərdir Yevlax şəhər 4 nömrəli tam orta məktəbdə işləsə də, kariyerasında heç bir inkişafa nail ola bilmir. Müəllimənin uzun zamandır həsrətlə vakant olacağını gözlədiyi Yevlax şəhər 4 nömrəli tam orta məktəbdə direktor müavini yeri bu günlərdə Təhsil Şöbəsinin müdiri Namidə Abbasova tərəfindən qəfil öz bacısı Nərminə Abbasovaya peşkəş verilib.

İşin özəlliyi və məcazi də olsa gözəlliyi ondadır ki, bir müddət əvvəl adı çəkilən məktəbdə Təhsil şöbəsinin müdiri Namidə Abbasovanın anası Bəsti Abbasova uzun illər direktor müavini işləyib. Qızı Təhsil müdiri olandan sonra abıra bükülüb yaşla əlaqədar çıxıb.

Belə deyək ki, Yevlaxda hələ də nəsildən nəsilə vəzifə ənənəsi də davam edir.

Öz zalımlığı ilə seçilən Namidə Abbasova hələ möhürünün çerneli qurumamış adı çəkilən məktəbdə bu qədər təcrübəli pedaqoqlar qala-qala bacısını direktor müavini təyin edir.

Əslində Namidə xanımnan başqa bir şey gözləmək də olmaz. Çünki bu boyda Yevlaxın ziyalı, təcrübəli məktəb direktorları, qabaqcıl təhsil işçiləri dura-dura sınaq dövrü hələ tamamlanmamış Namidə Abbasovanı Yevlax Təhsili kimi bir yere rəhbər qoyanda o da öz bacısını hamıdan artıq bilib direktor müavini qoymalıdır.

Nə deyək biçarəlikdən başqa əlacımız yoxdur...

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.//Xeberfakt.az