Gündəm / İqtisadiyyat

Nazir: Bu il qeyri-neft ixracı 2 mlrd dolları ötəcək

Nazir: Bu il qeyri-neft ixracı 2 mlrd dolları ötəcək

Kanal14.az: - "Azərbaycanın qeyri-neft sektorunun ixracı artır. Bu ilin 8 ayında qeyri-neft ixracının dəyəri 1,58 milyard ABŞ dollarından çox olub".

"Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonuna qədər qeyri-neft ixracının 2 milyard dolları ötəcəyi proqnozlaşdırılır", - o deyib.