Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Video

Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?...- VİDEO

Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?...- VİDEO

Kanal14.az: - DogruXeber.az informasiya agentliyinin daimi izləyiciləri yəqin xatırlamış olarlar.

Bir neçə ay bundan öncə redaksiyamızda Beyləqan şəhəri Ş.H.X.Ç.D.X - nin Beyləqan şəhər şöbəsinin rəisi Məmmədov Əlsafa Musa oğlunun "əsgər biznesi" barəsində məlumat dərc edilmişdi.

My Webpage

Məlumat dərc edilmədən öncə qarşı tərəf olaraq mövqe bildirməkdən kobudcasına imtina edən, əməkdaşlarımıza qarşı hörmətsizlik edərək, üzlərinə telefonu söndürən Əlsafa Məmmədovun barəsində redaksiyamıza şikayət edən rayon sakinləri bildirirdilər ki: "Əlsafa Məmmədov hər kəsin yanında Arzu Rəhimovun qohumu olması ilə öyünür".

Doğrusu ilk eşitdiyimizdə biz də inanmaqda tərəddüd etmişdik. Çünki, adımızdan da göründüyü kimi biz "DogruXeber.az" redaksiyası olaraq, doğruluğuna əmin olduğumuz xəbərləri paylaşırıq. Lakin, Əlsafa Məmmədovun sərbəst özbaşınalığı, "maneəsiz inkişaf edən əsgər biznes"inin şahidləri olan Beyləqan rayon sakinlərini dinlədikcə və Ə.Məmmədovun da "mənlik deyil, mənim rəhbərliyimdən mövqe öyrənin" deməsinin özü də əslində bizə bir etiraf idi.



Məlumatlar redaksiyamızda yayımlandıqdan sonra Əlsafa Məmmədov "dərhal hərəkətə keçdi". Şəxsi əlaqələrindən istifadə edərək, məlumatları silməyimiz üçün bizə minnətçilər göndərməyə başladı.

Bu oxu da daşa dəyən Ə.Məmmədov və "day-dayı"sı deyəsən keçdilər "B planı"na.

Ötən həftə aldığımız məlumata görə Əlsafa Məmmədov Beyləqan rayon Hərbi Komissarlığında tutduğu vəzifədən azad edilib və eyni vəzifə üzrə, yəni Sabirabad rayon Hərbi Komissarlığına rəis təyin edilib.

Bu da onu düşünməyə əsas verir ki, Əlsafa Məmmədovun fəxrlə hər kəsə barəsində bəhs etdiyi "day-dayı" söhbətinin həqiqət olmasının işarəsi, yaxud da bir sübutudur.

Yoxsa, korrupsioner olması barəsində bütöv bir rayonun əksər sakinlərinin şahidliyi və narazılığı olan məmuru, üzərində əyləşib, hər kəsə "meydan oxuduğu" kürsüsündən endirmək yerinə, o kürsünü başqa bir rayona evakuasiya etmək nə deməkdir?

Yəqin, işindən azad etməyə "adamları" qıymayıb, ya da onun bu cür çalışması kimlərinsə də işinə yarayır.

Artıq, bu yerdəyişmədən sonra düşünməyə başqa heç nə qalmır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az