Gündəm / Siyasət / Dünya

"Bu, Maydan hadisələrindən xeyli əvvəl başlamışdı"


İdeoloji təlqin Ukrayna vətəndaşlarını qonşu dövlətlərin ərazilərinə iddialar kimi absurd fikirlərlə ilhamlandırdı.
Bu sözləri rusiyalı politoloq Sergey Melniçuk deyib.

O bildirib ki, heç kim ukraynalılara torpaq hədiyyə etməyəcək:

"Uzun illərdir ki, adi ukraynalılara absurd və paradoksal fikirlər aşılanıb. Bu, Maydan hadisələrindən xeyli əvvəl başlamışdı. Buna görə də münaqişənin həlli ilə bağlı kəskin reaksiyaların verildiyini görürük. Təbliğat bütün qonşu ölkələrin "rəsmini çəkir”. Amma heç bir əsası yoxdur”, - deyə ekspert bildirib.

Qeyd edək ki, ukraynalı deputat Oleq Voloşin hətta Moskva Krım və Kubanı versə belə, ukraynalıların ruslara nifrətinin tükənməyəcəyini bildirib.