Gündəm / Siyasət

İngiltərəli jurnalist Türkiyədə alovun içindən canlı yayıma çıxdı

İngiltərəli jurnalist Türkiyədə alovun içindən canlı yayıma çıxdı
Kanal14.az: - Türkiyənin Bodrum vilayətinin Çökertme bölgəsində baş verən yanğının miqyasını anladan yeni görüntülər yayımlanıb.

Görüntülər "Sky News” televiziya kanalının müxbiri Aleks Kravfordun yanğın baş verən ərazinin dərinliyindən hazırladığı videoreportaj zamanı çəkilib.

Canlı yayımda çıxış edən A. Kravford yanğınların təbiətə vurduğu ziyanı və onun nə qədər sürətlə yayıldığını izah etməyə çalışıb.