kanal14.az
kanal14.az

"Pulu verməyənləri isə, "bağçada yer yoxdur”, deyərək yola salırlar" - GİLEY

31-07-2021, 10:12


Kanal14.az
: - 117 saylı bağçadan hər həftənin cümə və şənbə günləri axşam saatlarında uşaqların ərzaq payları maşınlara doldurularaq bağca rəhbərliyinin evinə aparılır.

AzFakt.com xəbər verir ki, bu məsələ ilə bağlı sosial şəbəkədə video yayılıb.

Bildirilir ki, Bakı şəhər Yasamal rayonunda fəaliyyət göstərən 117 saylı bağçanın rəhbərliyi uşaqlara ayrılan ərzaqları onlara yedirməyərək evlərinə aparırlar. Videoçarxı izləyərkən görünür ki, bir neçə avtomobil iş saatı bitdikdən sonra bağçanın həyətinə daxil olur və həmin avtomobillərə zənbillər və qutular dodururlar, daha sonra avtomobillər bağçanı tərk edirlər. Bu mənzərə hər həftənin cümə və şənbə günləri axşam saatlarında təkrarlanır. Uşaq payına göz dikənlərin oğurluğu hündür mərtəbəli binalardan da açıqca görünür.
Bundan başqa qeyd edilir ki, 117 saylı bağçada uşaqların qəbulu üçün 300 manat tələb edirlər və bunu da heç gizlətmədən, açıq-aşkar tələb edirlər. Pulu verməyənləri isə, "bağçada yer yoxdur”, deyərək yola salırlar.

Xatırladaq ki, 117 saylı bağçaya Solmaz Hacıyeva rəhbərlik edir. Somaz xanımın haqqında bundan əvvəl də internet resurslarda maraqlı məlumatlar yayılıb. Həmin məlumatlara əsaslanarsaq, haqqında çoxlu şikayətlər olmasına baxmayaraq, Solmaz Hacıyeva özünü toxunulmaz olaraq görür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA