Gündəm / Siyasət / Dünya

Sülhə məcburetmə əməliyyatı başlasaq NƏ BAŞ VERƏR? - “ABŞ və Avropa İttifaqının sanksiyaları ilə üzləşməyəcəyik”

Sülhə məcburetmə əməliyyatı başlasaq NƏ BAŞ VERƏR?
Kanal14.az: - "Ermənistanın üçtərəfli razılaşmaların əleyhinə olaraq konkret olaraq sərhəddə atəşkəsi mütəmadi olaraq pozur.

Kəlbəcərdə Ermənistan ağır artilleriya vasitələrindən istifadə edərək demək olar ki, müharibəni bərpa edir. Bununla Ermənistan Fransa və ABŞ-ı prosesə cəlb edərək Azərbaycana təzyiq siyasəti həyata keçirməyə nail olmağa çalışır”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, ötən gün ABŞ səfirinin Kəlbəcərə gəlişi, Fransa səfirinin açıqlamaları rəsmi Yerevanı proseslərdən yayınmağa sövq edir:

"Məsələnin digər tərəfinə gəldikdə isə Rusiya da Azərbaycana təzyiq etməkdə maraqlıdır. Ermənistanın yeni müdafiə naziri Rusiyaya səfər edib və bu səfər fonunda atəşkəs mütəmadi pozulur. İlk növbədə Rusiya da bu böhranda maraqlı görünür. Çünki Azərbaycanın Türkiyə ilə "Şuşa Bəyannaməsi” və ötən gün üçtərəfli Türkiyə, Azərbaycan və Pakistanla "Bakı Bəyannaməsi”ni imzalanması Moskvanın maraqlarına cavab vermir. Baş verən yeni üçtərəfli siyasi-hərbi platforma regionda Türkiyənin aktiv siyasətinə gətirib çıxarır. Məhz davam edən bu proseslər fonunda Ermənistan üçtərəfli imza atdığı sənədlərdən yayınacaq və lokal müharibənin davam etməsi ilə nəticələnəcək”.

Politoloq qeyd edib ki, Avropa İttifaqı, Fransa və ABŞ-ın əsas strateji xətti Rusiyanın Ermənistanda mövcud durumunu zəiflətməkdir:

"Azərbaycan və Ermənistan arasında dumanlı və çox kəskin böhran davam edir. Azərbaycanın əldə etdiyi yüksəklikləri Ermənistan nəzarətə almaq üçün hərəkətə keçib. İlkin olaraq Paşinyan bununla Ermənistan daxilində məğlub durumu aradan qaldırmağı planlayır. Daha sonra Azərbaycanla mövcud sərhədin dəyişilməsinə, ardınca Qərbi prosesə cəlb edib, Mink qrupunun fəaliyyətini bərpa etməyə çalışır. Nəhayət, son olaraq 10 noyabr və 11 yanvar razılaşmalarından yayınmağa çalışır. Ermənistanı durdurmaq və hərbi əməliyyatları Zəngəzur ərazisində düşməni sülhə məcbur etmə hərbi əməliyyatlarına başlanmalıdır. Bu əməliyyatlar başlayacaqsa, ABŞ və Avropa İttifaqının sanksiyaları ilə üzləşməyəcəyik”.