Gündəm / Cəmiyyət / Sosial / Mədəniyyət / Video

22 iyul Milli Mətbuat Günüdür - Günümüz mübarək! - VİDEO

22 iyul Milli Mətbuat Günüdür - Günümüz mübarək! - VİDEO

Kanal14.az DogruXeber.az-a istinadən xəbər verir ki, bu gün təməli Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatının yaranmasından 146 il ötür.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunmağa başladı.

Yuxarıda da qeyd etdiyimiz kimi bu gün Azərbaycanda yüzlərlə, hətta minlərlə media qurumları fəaliyyət göstərir. Hər birinin də özünəməxsus yolu, özünəməxsus addımları var.

DogruXeber.az informasiya agentliyi də 2017-ci ildən fəaliyyətə başlayıb.
Başladığı gündən bu günə qədər də öz obyektivliyini qoruyub saxlamağı bacarıb.

Özünəməxsus fəaliyyəti ilə geniş izləyici kütləsi, eyni zamanda izləyicilərinin hörmətini də qazanan "DogruXeber.az" informasiya agentliyi hər zaman hüquqları pozulmuş vətəndaşların, aztəminatlı ailələrin, qazilərin, şəhid ailələrinin, müharibə iştirakçılarının yanında olub. Kimsəsizlərə dayaq olub.

Təbii ki, öz sahəsində bu qədər uğura imza atmağı bacaran əslində agentliyin rəhbəri, peşəkar jurnalist, savadlı hüquqşünas, elmi biliklərdən əlavə dini savada sahib olan, islam elminin dərinliklərinə qədər maraqlanıb öyrənən, elmi qədər ürəyi də geniş olan, nəyinki ona müraciət edən, hətta təsadüfi rastlaşdığı kimsəsiz, hüquqları pozulmuş, çarəsiz insanlara öz yaxını kimi yanaşıb, əlindən gəldiyi qədər, hətta daha artığını əsirgəməyən Kamal Əsgərovdur.

Kamal Əsgərovun media sahəsindəki peşəkarlığı və mükəmməl insani keyfiyyətləri onun rəhbərlik etdiyi media agentliyinin də ölkədə xüsusi hörmət qazanmasını təmin edir.



"DogruXeber.az" İnformasiya agentliyinə ölkənin hər yerindən, müxtəlif peşə sahibləri, yaxud sıravi vətəndaşlar müraciət edir. Müraciətlərin də əksəriyyəti məmurlar tərəfindən hüquqlarının pozulmasından şikayətçi olan şəxslərdən gəlir.

Vətəndaşların adını çəkdiyi məmurlardan fərqli olaraq agentliyimiz onların problemlərinə biganə qalmır və müraciət daxil olan vaxtdan etibarən dərhal hərəkətə keçir. "KİV" haqqında qanunun tələblərinə tam riayət etməklə vətəndaşın problemlərini içtimailəşdirib, aidiyyəti qurumların diqqətinə çatdırır.

Eyni zamanda "DogruXeber.az" informasiya agentliyi fəaliyyətə başladığı gündən bu günə qədər dövlətə və dövlətçiliyə xidmət edir. Tam qüsursuz fəaliyyət göstərir.

Bir sözlə böyük şəxsiyyət Həsən Bəy Zərdabidən bizlərə miras qalmış Azərbaycan mətbuatına layiq olmağı, layiqincə bu müqəddəs irsi davam etdirməyi özümüzə borc bilirik və öhtəsindən də gəlirik.

Odur ki, bu gün bizim də peşə bayramımızdır!

Bu münasibətlə "DogruXeber.az" informasiya agentliyi adından bütün həmkarlarımızı, agentliyimizin rəhbəri Kamal Əsgərovu və agentliyin digər əməkdaşlarını təbrik edirik. Hər birinə peşə uğurları, uğurlu inkişaf, daimi obyektivlik və hər zaman, hər yerdə ədalətlə qarşılaşmalarını arzulayırıq.

Günümüz mübarək!

Hörmətlə: DogruXeber.az informasiya agentliyinin əməkdaşları.