Gündəm / Cəmiyyət / Sosial / Foto / Mədəniyyət / Video

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO

Kanal14.az: - Vətən Şəhidləri !

Ağrılı-acılı olmaqla yanaşı, o qədər qürurverici, o qədər fərəh dolu, o qədər böyük kəlimə ki, kitablara sığmayacaq qədər geniş anlamı var.

Azərbaycan xalqı ta keçmişlərdən bu günə qədər heç bir sərkərdəsini, heç bir qəhrəmanını, heç bir şəhidini unutmadı. Hər zaman onların adının əbədiləşdirilməsi üçün əllərindən gələni edirlər.

Bu gün də hər zaman olduğu kimi şəhidlərimizin adının əbədiləşdirilməsi üçün bulaqlar, abidələr inşa edilir, şeirlər, mahnılar, kitablar yazılır.

4 saylı Zəngilan məktəbində Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölməz şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş daha bir kitab təqdimatı keçirilib.



Tədbirdə şəhid ailələri ilə bərabər Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, başçının birinci müavini Arif Fərzəliyev, Millət vəkili Ceyhun Məmmədov, Cəbrayıl rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov və kitabın müəllifləri İsmayıl İmanzadə, Taryel Abbaslı da iştirak edirdilər.

Tədbirin iştirakçıları öz çıxışlarında Cəbrayıl şəhidlərinin adını hörmətlə andıqlarını, onlarla fəxr etdiklərini və onların sayəsində bu il doğma Cəbrayıl torpağına, 30 illik yaramız olan Qarabağa qovuşduqlarını dilə gətiriblər.


Qeyd edək ki, Cəbrayıl şəhidlərinə həsr olunmuş "Zəfər yolunda" kitabının müəllifləri: Taryel Abbaslı,
İsmayıl İmanzadə.

Redaktoru: Ceyhun Məmmədov

Ön söz müəllifi: Əli Rza Xələflidir.

Tədbirin informasiya dəstəyi "DogruXeber.az" informasiya agentliyidir.

Kitabın müəllifləri redaksiyamıza verdikləri müsahibələrində bildirdilər ki, kitabda adı çəkilən bütün şəhid ailələri ilə görüşüb, şəhidlərin haqqında tam real məlumatlar əldə edib, doğruları əks etdirən məlumatları qələmə alıblar.

Müəlliflər onu da bildirdilər ki, şəhidlərin hər birinin ailəsi ilə görüşmək o qədər acılı idi ki, onlarla söhbətin duyğularına olan təsirindən hətta kitabı yazarkən belə göz yaşları sətirlərin hər birinə şahidlik edirdi.

Tədbirdə iştirak edən şəhid atasının göz yaşlarının müşayiəti ilə etdiyi təsirli çıxışı da bütün tədbir iştirakçılarını və gələn qonaqları qəhərə boğdu.

Şəhidlər qürurumuz olmaqla bərabər, həm də acımızdır.

Şəhid, qazi, ümumiyyətlə vətən müharibəsinin hər bir iştirakçısı təkcə onu dünyaya gətirən valideynlərin deyil, Bütün Azərbaycanın övladıdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazi və veteranlara sağlam ömür versin.

Amin!

Hörmətlə: DogruXeber.az

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO

Cəbrayıldan xəbər var... - VİDEO // FOTO