kanal14.az
kanal14.az

Narkotik istifadə edən valideynlərlə bağlı rəsmi açıqlama

Narkotik istifadə edən valideynlərlə bağlı rəsmi açıqlama
16-07-2021, 17:16 23 dəfə baxılıb

Narkotik istifadə edən valideynlərlə bağlı rəsmi açıqlama

 

 

Kanal14.az: - Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Suraxanı rayonunda Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağın valideynləri tərəfindən diləndirilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan  verilən məlumata görə, qeyd edilənlənlərlə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılaraq Suraxanı rayonu ərazisində yaşayan QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulmuş 2019-cu il təvəllüdlü qızlarının həyatı üçün təhlükənin olması müəyyən edilib.

Bundan başqa, CTKİ-də daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitar şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Yoxlama zamanı valideynləri narkotik vasitələrin istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilib.

Mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq qeyd edilən hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılıb.

Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.//axar.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA