kanal14.az
kanal14.az

Bakıda 15 yaşlı oğlan doqquz gündür itkin düşüb

Bakıda 15 yaşlı oğlan doqquz gündür itkin düşüb
16-07-2021, 16:31 24 dəfə baxılıb

Bakıda 15 yaşlı oğlan doqquz gündür itkin düşüb

 

 

Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı Xəlilov Şərif Hikmət oğlu iyulun 7-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Kanal14.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yeniyetmənin atası Hikmət Xəlilov bildirib. Onun sözlərinə görə, Şərif imtahanlar yaxınlaşan ərəfədə itkin düşüb: "Mən ona dedim ki, artıq hazırlığa getməlisən. Müəllimlə də danışmışam. O da razılaşdı. Heç bir problem olmadığını bildirdi. Dostlarından da soruşmuşuq onların da Şərifdən xəbərləri yoxdur.

 

Axtarış zamanı kamera görüntüləri vasitəsilə onun Qobustan qəsəbəsinə getdiyini öyrəndik. Orada bir nəfərlə də görüşüb, həmin adamı tapıb danışdıq. O, dedi ki, Şərif məscidin yolunu soruşub. Məscidə gedəndə kameraya baxmağa icazə vermədilər. Bizə də dedilər ki, bura elə bir şəxs gəlməyib. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişik. Heç bir xəbər yoxdur".

Hikmət Xəlilov oğlunun heç bir psixoloji problemi və ailə daxili gərginliyin olmadığını bildirib.

Xatırladaq ki, Şərif evdən çıxarkən əynində mavi rəngli köynək, qara şalvar və ağ rəngli idman ayaqqabısı olub. Uşağı görənlərdən +994 55 660 72 00 nömrəsi vasitəsi ilə atasına məlumat vermələri xahiş olunur.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA