Gündəm / Sosial

Natiq Cəfərli Zəngəzuru top-tüfəngsiz almağın yolunu göstərdi - AÇIQLAMA

Natiq Cəfərli Zəngəzuru top-tüfəngsiz almağın yolunu göstərdi - AÇIQLAMA

 

 
Kanal14.az: - "Proqnozlara görə, 30 ildən sonra Azərbaycanın əhalisi 12,1, Gürcüstanın əhalisi 2,9, Ermənistanın əhalisi isə 2,8 milyon nəfər olacaq. Ermənistanda ikili vətəndaşlıq olduğunu nəzərə alsaq, real olaraq ölkədə həmin dövrdə 2 milyon nəfərdən daha az əhali qalacaq”.

Bunu iqtisadçı, REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, 2050-ci ildə Ermənistan əhalisinin 80%-i İrəvanda yaşayacaq, Azərbaycanla sərhəd rayonlarda əhali daha kəskin azalacaq:

"Cəmi 30 ildən sonra 18 milyona yaxın Cənubi Qafqaz əhalisinin 12 milyondan çoxu Azərbaycanda yaşayacaq. Cənubi Qafqaz iqtisadiyyatının 75-80%-i bizim ölkə təşkil edə bilər. Biz indi normal sistem qurub yaşamağa başlasaq, iqtisadiyyatımızı inkişaf etdirsək, ölkədə normal idarəetmə modeli qursaq, işğaldan azad edilmiş torpaqlara yaxın 10 ildə 1,5 milyon vətəndaşımızı köçürüb orada iqtisadi fürsətlər, keyfiyyətli yaşam qura bilsək, yaxın 30 ildə məmləkətimiz bölgəmizin şəksiz lideri olacaq. O zaman Zəngəzura, Göyçəyə ev tikməyə, iş qurmağa, biznes yaratmağa gedəcəyik. Bunu sülhlə, qonşularla normal münasibət qurmaqla, iqtisadi, elmi güclə etməliyik, top-tüfənglə yox”.

N.Cəfərli qeyd edib ki, Azərbaycanın "yumşaq güc" olmaq şansı var: "Bunun üçün peşəkər ordu, de-facto və de-jure ittifaqlar qurmaqla yanaşı, normal, insana xidmət edən işlək sistem də qurmalıyıq. Siyasət budur - viziondur, hədəflərdir, sistem qurulucuğudur”.//sfera.az